Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-26 13:35:00
Tacikistanla təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olundu

Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Tacikistanın təhsil nazirinin müavini Fathiddin Usmonzadə ilə görüşüb.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Tacikistan arasında təhsil sahəsində mövcud əlaqələr, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.