Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-26 13:00:00
DİM  imtahana nəzarət edənləri necə seçir? -Nəzarətçilərin sertifikatlaşdırılma qaydaları

Dövlət İmtahan Mərkəzinin keçirdiyi bütün imtahanlarda xüsusi qaydalar əsasında seçilən müəllimlər nəzarətçi qismində iştirak edirlər. Abituriyentlər və digər sahələr üzrə imtahan verən şəxslərlə ünsiyət balansını qorumaq, imtahanın düzgün gedişatını nəzarət etmək, səssizliyi təmin etmək və digər vacib məqaları məhz nəzarətçilər həyata keçirirlər.

Bəs imtahan zamanı ən vacib məqamlara nəzarət edənlər DİM tərəfindən hansı qaydalar əsasında seçilir? Nəzarətçilərin sertifikatlaşdırılması qaydaları necə aparılır?

AzEdu.az xəbər verir ki, zal nəzarətçisi dedikdə müvafiq imtahan üçün DİM tərəfindən verilmiş zal nəzarətçisi vəsiqəsi ilə təmin olunan, imtahan zalında imtahan iştirakçılarının yerləşdirilməsinə, cavab kartlarının və sual kitabçalarının paylanmasına və yığılmasına görə məsuliyyət daşıyan, imtahanın vaxtında başlanmasına və yekunlaşdırılmasına cavabdeh olan, iştirakçıların imtahanda davranış qaydalarına riayət etməsinə birbaşa nəzarət edən, imtahan zalını reqlamentə uyğun qaydada idarə edən və fəaliyyəti “zal nəzarətçisinin təlimatı” ilə tənzimlənən şəxs nəzərdə tutulur.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması ödənişli əsaslarla həyata keçirilir. Ödənişlər geri qaytarılmır. Hər bir mərhələ üzrə ödənişin məbləği aşağıdakı cədvəldə göstərildiyi kimi müəyyənləşdirlir:

 

Fəaliyyət

Ödənişməbləği (AZN)

Qeydiyyat, sənədlərin qəbulu və müsahibə;

0,00

Ümumi intellekt səviyyənin yoxlanılması üçün ilkin test imtahanı;

10,00

Təlimlər və yekun test imtahanı

50,00

Cəmi:

60,00

Ödənişlər e-manat,milliön və s. elektron ödəniş terminallarında və ya bank üsulu ilə edilə bilər.

Şəxsin sertifikatlaşdırmada iştirakı onun fərdi elektron müraciəti əsasında həyata keçirilir. Namizədin nəzarətçi qismində fəaliyyətinin sertifikatlaşdırılması ona zal nəzarətçisi statusunun verilməsi hesab olunur.

Müsahibə və ümumi intellekt səviyyənin yoxlanılması üçün test imtahanı mərhələlərindən keçib müvafiq təlimlərdə iştirak edərək uğur qazanan namizədlər sertifikat almaq hüququna malikdirlər. Sertifikat almaq üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir:

Azərbaycan Respublikasının vətəndaşı olmalı,

Ali təhsilə malik olmalı,

Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı birtəşkilatda işləməlivə ya iş yerinin olub olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə malikolmalı,

Yaşı 25- 45 arası olmalı (zal nəzarətçiləri bazasında olanlar üçün 25-55),

Fiziki cəhətdən sağlam olmalı,

Məhkumluğu olmamalı.

Namizəd Mərkəzin dim.gov.az internet portalında şəxsi kabinet yaradaraq müvafiq linkdə elektron qeydiyyatdan keçir. Şəxsi kabinetinə (və ya mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilən bildirişdə göstərilən vaxt və yerdə sənədlərin qəbulu və müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədləri təqdim edir:

İmzalı qeydiyyat vərəqi;

Şəxsiyyət vəsiqəsi;

Məhkumluğun olmaması barədə arayış ;

Ali təhsil haqqında sənəd (diplom);

İş y Namizəd müsahibədən keçmədikdə və ya müəyyən edilən tələblərdən birinə cavab vermədikdə sertifikatlaşdırılma prosesinin növbəti mərhələsinə buraxılmır. Müsahibə zamanı namizədin psixoloji və fiziki cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, stress vəziyyətində işləmək bacarığı yoxlanılır. Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir. DİM-in zal nəzarətçiləri bazasında olan zal nəzarətçiləri müsahibə mərhələsində iştirak etməkdən azaddırlar. Onlar qeydiyyatdan keçdikdən sonra birbaşa intellekt səviyyənin yoxlanılması üçün test imtahanına dəvət edilirlər. Yalnız test imtahanını uğurla keçən namizədlər təlimlərə cəlb edilirlər.

Müsahibədən keçən namizədlər ümumi intellekt səviyyəsini yoxlayan ilkin test imtahan mərhələsinə dəvət edilir. İlkin mərhələnin keçirilmə tarixi və namizədin imtahana dəvət edilməsi ilə bağlı bildiriş rəsmi internet səhifəsindəki şəxsi kabinetinə (vəya mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir.

Test imtahanı elektron formada komputer vasitəsi ilə həyata keçirilir və imtahan nəticələrini dərhal müəyyənləşdirmək imkanı verir. Bu mərhələni uğurla keçən namizədlər əyani vəsaitlərlə təmin edilir (Zal nəzarətçisi təlimatı, normativ sənədlər və s) və müəyyən edilən qrafikə uyğun olaraq iki günlük təlimə cəlb olunurlar. İntellekt səviyyəni yoxlayan test imtahanından minimum 60% müsbət nəticə göstərməyən və ya psixometriya testlərinin nəticəsi məqbul olmayan namizədlər növbəti mərhələyə buraxılmırlar.

“Əməkdar müəllim” fəxri adı alan müəllimlər sertifikatlaşdırma prosesinin müsahibə mərhələsindən, ümumi intellekt səviyyəsinin yoxlanılması üçün test imtahanından və yekun imtahandan, eləcə də nəzərdə tutulan bütün ödənişlərdən azaddırlar. Onlar yalnız təlimlərdə iştirak  etməlidirlər.

Təlimlər iki (2) gün ərzində, intensiv keçirilir:

Birinci təlim günü:

“ASAN Təlim-Tədris Mərkəzi” tərəfindən keçiriləcək “Səmərəli ünsiyyət texnikaları” təlimi aşağıdakı mövzuları əhatə edir:

Ünsiyyət və onun tərəfləri,

Ünsiyyət zamanı ilkin təəssüratın əhəmiyyəti,

Müsbət ilkin təəssüratın formalaşdırılması,

Şəxsiyyət tiplərinə əsasən ünsiyyət tərzləri,

Etik davranışın səmərəli ünsiyyətdə rolu,

Ünsiyyət zamanı münaqişəli vəziyyətlərin idarə olunması,

Ünsiyyət çətinlikləri,

Ünsiyyət prosesində stresin idarə olunması,

Ünsiyyət zamanı manipulyasiya texnikaları.

İkinci təlim günü:

Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan təlimçilər tərəfindən tədris planına uyğun olaraq müxtəlif mövzularda keçirilir. DİM-in hüquqi statusu, strukturu və fəaliyyət istiqamətləri, imtahanlar, qəbul qaydaları, imtahanların təşkili və idarə edilməsi, məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və interaktiv təlimlər keçirilir. Tapşırıqlar verilir, fikir mübadiləsi və sual-cavab formalı söhbətlər aparılır. Zal nəzarətçisinin fəaliyyətinin daha çox praktiki tərəflərini və imtahanların təşkili, gedişi və yekunu zamanı baş verə biləcək halları və problemləri əhatə edən interaktiv treninqlər (nəzarətçi təlimatı və psixoloji stress - menecment təlimi) və praktiki məşğələ - sınaq imtahanı keçirilir.Təlimin sonunda namizədlər sertifikat almaq üçün yekun test imtahanı verərək təlimi başa vururlar.

Bütün təlimlərdə iştirak məcburidir. Namizəd hər hansı bir təlimdə iştirak etmədikdə onun zal nəzarətçisi kimi fəaliyyətinin sertifikatlaşdırılmasından imtina edilir.

Təlim zamanı təlimçilər namizədləri qiymətləndirir və təlimin gündəliyində qeydlər aparır, namizədlərin tədrisin interaktiv hissəsində fəal iştirakını, stress vəziyyətində və qrup şəklində işləmək bacarıqlarını qeyd edir, problemli, münaqişə və konflikt yaradan, həddindən artıq passiv namizədlərə sertifikat verilməməsi üçün xüsusi rəy verir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları