Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-20 14:21:32
ABŞ-da məktəbdə atışma nəticəsində 3 nəfər ağır yaralanıb - YENİLƏNİB

Bu gün ABŞ-ın Merilend ştatında məktəbdə "Great Mills" məktəbindəki atışmada 3 nəfər ağır yaralanıb.

AzEDU APA-ya istinadən xəbər verir ki, bunu Sent Meri rayonunun Tim Kemeron NBC telekanalına açıqlamasında bildirib.

T. Kemeron deyib ki, xəsarət alanlardan biri atəş açan şəxsdir: "Atəş açan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O cümlədən bir qız və digər bir nəfər də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib".

17:24

ABŞ-ın Merilend ştatında məktəbdə atışma olub.

AzEDU APA-ya istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

"Great Mills" məktəbindəki atışma nəticəsində çoxlu sayda yaralananlar var.