Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-20 11:59:17
Dünyada 479 milyon qadın oxuma-yazma bilmir
Dünyanın bir yarımkürəsində elm inkişaf edib yeniliklər meydana gəldikcə, digər yarımkürədə həyat tamamilə başqa cürdür. Məsələn,  milyonlara qız təhsil almaq üçün məktəbə göndərilmir. 
 
AzEDU Xarici KİV-lərə istinadən xəbər verir ki, dünyada oxuma-yazma bilməyən insanların 3-də 2-sini qadınlar təşkil edir. Bu bölgünü rəqəmlərə çevirəndə isə dəhşətli statistika hər kəsi heyrətə gətirir. Dünyada nə az nə çox, 479 milyon qadın oxuma-yazma bilmir.
 
Qeyd edək ki, bu rəqəmlərin gələcək illərdə daha da artacağı istisna edilmir.
 
Nəzrin  Rüstəmova
Nəzrin Rüstəmova
Müəllifin digər yazıları