Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-20 12:15:00
Ali təhsili yarımçıq qoyan məşhurlar – Bill Qeyts, Stiv Cobs, Ledi Qaqa, Koko Şanel...

Karyeralarında  böyük uğur əldə edən bir çox insanların   heç də hamısı   universitet  məzunu olmayıb. 

AzEdu.az  ali  təhsil almayan  və ya ali təhsilini yarıda saxlamağa məcbur qalan dünya məşhurlarının bir qismini təqdim edir: 

Dünyanı  kompüter  əməliyyat sistemləri  ilə təmin  edən Microsoft   şirkətinin  yaradıcısı, zəngin adamların  ilk onluğunda uzun illərdir ki, lider mövqeyində  qərarlaşan  Bill Qeyts Harvard Universitetinin tələbəsi olub.

O, 12 yaşında   informatika kurslarına getməyə başlayıb. Bill Qeyts uşaqlıq dostu Paul Allen ilə birlikdə  özünün kompüter  proqram  təminatı şirkəti olan Microsoftu yaratmaq üçün universisteti tərk edib.  

Microsoft şirkəti    uğur yolunda  o qədər sürətlə irəlilədi ki, bir çox məşhur şirkətlər onunla əməkdaşlıq etməyə can atdılar.

Tanınmış Amerika ixtiraçısı və biznesmeni,  “Apple”  şirkətinin yaradıcılarından biri Stiv Cobs 1955-ci ildə ABŞ-ın San-Fransisko şəhərində anadan olub.

Əslən, suriyalı S.Cobs özünə olan inam hissinə görə həmişə yaşıdlarından fərqlənib. 

O, daha yaradıcı fikirlərə sahib ola bilmək üçün  Portland  Reed Kollecdə təhsil almağı qərara aldı, amma sonunda kolleci vaxtından əvvəl tərk etdi.

Hollivudun məşhur rejissoru, dünya kinosunda  bir çox mükəmməl filmlərin müəllifi olan  Ceyms Kameron universitetdə  fizika və ingilis dili  təhsili almasına baxmayaraq, bir il sonra  universitetdəki təhsilini dayandırdı.   O, “Ulduz müharibələri” filmini seyr etdikdən sonra o rejissor olmağa qərar verib 

Bakminster Fuller iki dəfə Harvard Universitetindən xaric edilməsinə baxmayaraq,  o, sonradan  dünyada  tanınmış memar, ixtiraçı, filosof olub. Onun kreativ ideyaları öz bəhrəsini verərək, Fullerə milyonlarla dollar qazandırıb.

Dahi iqtisadçı David Rikardo gənc yaşlarından bizneslə, fond birjasında alış-veriş işləri ilə məşğul olub. 

Onun heç bir universitet təhsili olmasına baxmayaraq,   ölümündən sonra öz varislərinə 75 milyon funt miras qoya bilib. Uşaqlıqdan birja mühitində böyüyən, təqribən 25-26 yaşlarında  olan Rikardo artıq milyonçu  idi. Cəmi 12 ildən sonra isə, o ümumiyyətlə,  birja əməliyyatlarında iştirak etməyi dayandırır.

Fransanın qərbində, Somüre şəhərində anadan olan  Koko Şanel  dünyada  moda mücəssəməsi hesab olunur. Məşhur “Chanel” firmasının uğuru onun adı ilə bağlıdır.

Moda mücəssəməsi hesab olunan bu xanım nəinki iqtisadi təhsil almayıb,  hətta o peşəkar dərzilik məktəbinə də getməyib. Onun ən tanınmış məhsulu – məşhur Chanel №5 ətirləri isə bu gün də istehsal olunmasından və ilk dəfə satışa çıxdığı andan 80 ildən çox keçməsinə baxmayaraq, dünyanın ən çox satılan ətri olaraq qalır.

Müğənni - bəstəkar  Ledi Qaqa Nyu - York Universitetinə qəbul olmasına baxmayaraq, bütün diqqətini musiqi karyerasına başlamaq üçün sərf etdiyinə görə universiteti  II kursda təhsilini müvəqqəti olaraq dayandırdı.

Amerikanın məşhur qolf ustası olan Tayqer Vuds dünyanın ən çox gəlir qazanan  və yüksək əməkhaqqı ödənilən idmançılarından biridir. O,  Stanford Universitetinə daxil olmasına baxmayaraq  lakin universiteti qısa müddət sonra tərk edib.

Günel Yaşarqızı