Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-19 17:18:00
İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı təlimlərə başlanılıb

Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində qalib olmuş “Ankara məktəbi” məktəb-liseyinin “Əyləncəli riyaziyyat” – ibtidai siniflərdə riyaziyyat fənninin yeni təlim üsulları ilə tədrisi” layihəsi üzrə işlər davam edir.

Təhsil İnstitutundan AzEdu.az-a  bildirilib ki, hazırda təlimlərə hazırlıq işləri tamamlanmaq üzrədir. Yaxın günlərdə təlimlərə start veriləcək. Layihə çərçivəsində paytaxtın ümumtəhsil məktəblərində çalışan 470-dən çox ibtidai sinif müəllimi üçün təlimlərin keçirilməsi planlaşdırılır.

Artıq layihə çərçivəsində fəaliyyət planına uyğun olaraq yerli və xarici tədqiqatlar əsasında təlim materialları, qiymətləndirmə vasitələri hazırlanıb, hədəf qrupu olaraq seçilmiş 4-cü siniflərdə dərs deyən ibtidai sinif müəllimlərinin siyahısı müəyyən edilib.

Bundan əlavə, layihədə təlimçi kimi fəaliyyət göstərmək istəyənlər üçün elan verilib, müvafiq namizədlərlə görüş keçirilərək onlara layihə haqqında ətraflı məlumat verilib. Artıq namizədlərin ilkin qiymətləndirilməsi əsasında təlim iştirakçıları müəyyən edilib.

Ümumi icra müddəti altı ay olan layihə üzrə işlər 2019-cu il fevralın 1-də başa çatacaq.