Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-19 16:27:00
Tələbələr rektor və rəhbərliyə sual yollayıb, tez zamanda cavab alacaqlar – Son tarix-LAYİHƏ

AzEdu.az təhsil portalı daha bir yeni layihəyə start verir. Yeni layihəyə əsasən, Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin tələbələri təhsil aldıqları ali məktəbin rektoruna sual ünvanlaya biləcəklər.

Missiyamız rektor-tələbə münasibətlərinin əlçatanlığında vasitəçi olub, tələbələr üçün qaranlıq qalan və  vacib  sayılan xüsusi məqamların rektorlar tərəfindən cavablandırılmasını təmin etməkdir.

İstənilən tələbə, xüsusilə də I kurs tələbələri AzEdu.az saytında yerləşdiriləcək “Rektora sual” bölməsi, eləcə də  vatsap nömrəsi  vasitəsilə təhsil aldıqları ali təhsil müəssisəsinin rektor və rəhbərliyinə sual verə biləcəklər.

Xatırladaq ki, layihəmizə qoşulan ilk universitet Azərbaycan Dillər Universiteti olub.

Ali məktəbin tələbələri onları düşündürən sual və təklifləri göstərilən əlaqə vasitələrinə göndərə  biləcəklər.

Suallara uyğun görüldüyü təqdirdə universitetin rektoru akademik Kamal Abdullayev, yaxud, ali məktəbin rəhbərliyinə məxsus başqa məsul şəxs cavablandıracaq.

Həmçinin, ADU-nun informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi də universitetlə bağlı sualları rəhbərliyin icazəsindən sonra cavablaya bilərlər.

ADU tələbələrinin diqqətinə çatdırırıq ki, rektor və rəhbərliyə AzEdu.az vasitəsilə sual yollama müddəti 30 oktyabr tarixində başa çatacaq.

Yalnız bu zaman kəsimində göndərilən suallar etibarlı sayılıb, universitetin mətbuat xidmətinə ünvanlanacaq.

Cavablar portal vasitəsilə tez bir zamanda müraciət edən tələbələrə çatdırılacaq.

“Rektora sual” bölməsi aktiv olana qədər sizi maraqlandıran məsələləri 055-329-48-78 nömrəsinin vatsap hesabına göndərə bilərsiniz.