Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-19 11:26:00
Şagirdlərə şad xəbər: "Dinləmə mətnləri sadə, anlaşıqlı dildə tərtib olunub" 

“İngilis dilindən təqdim olunan“listening” tapşırıqları əsasən iki istiqamətdə qurulub. Birinci istiqamət şagirddən söz bazası tələb edir. Uşaqlar neçə illərdir, ingilis dilini öyrənirlər. Dinləmə mətninin söz bazası da o qədər çətin deyil. İkincisi isə, praktik bilgilərdir. Nə qədər çox praktika tətbiq olunsa, nəticələr o qədər yüksək olar”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı ingilis dili müəllimi Turan Hüseynov deyib. Onun sözlərinə görə, ingilis dili fənni üzrə təqdim olunan materiallar məktəblilərin bilik səviyyəsinə uyğundur:

“Mövzular IX və  XI siniflərin dünyagörüşlərinə uyğun gəlir. Səsləndirilmə və nitqin sürəti yaxşıdır. Tədris ili 9 aydır. Şagirdlər bu müddət ərzində tapşırıqlara yüksək səviyyədə hazırlaşa bilərlər. Onlara nümunələr oktyabr ayında təqdim olunub. Qarşıda kifayət qədər vaxt var. Sadəcə müəllimlər və şagirdlərdüzgün çalışmalıdırlar”.

Nümunələrin məzmunundan söz açan Turan Hüseynov şagirdlərin diqqət etməli olduğu mövzulardan söz açıb:

“Tapşırıqlar əsasən iki istiqamətdə qurulub. Birinci istiqamət şagirddən söz bazası tələb edir. Uşaqlar neçə illərdir, ingilis dilini öyrənirlər. Dinləmə mətninin söz bazası da o qədər çətin deyil. İkincisi isə, praktik bilgilərdir. Nə qədər çox praktika tətbiq olunsa, nəticələr o qədər yüksək olar. Bu tipli taprşırıqlar şagirdlərin məktəbi bitirdikdən sonra öyrəndiyi xarici dildə ünsiyyət qurmasını tam təmin edə bilir”.

Xatırladaq ki, 2019-cu ildə keçiriləcək buraxılış imtahanlarına ingilis dili fənni üzrə “listening” – dinləmə mətni əlavə olunub. Bir neçə gün öncə sözügedən tapşırıq modellərini DİM rəsmi səhifəsində ictimaiyyətə elan edib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları