Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-18 16:29:00
Müəllimlər ixtisaslarını distant yolla artıracaqlar – Azərbaycan təhsilində ilk

“Müəllimlər ixtisaslarını distant şəkildə artıra biləcəklər”-

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu  “Təhsil işçilərinin əlavə təhsilində yeniliklər" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib.

O, qeyd edib ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnistitutunun nəzdində media studiya açmağı planlaşdırır:

“Media studiya yaradıldıqdan sonra bizim qəbuledici studiyalarımız  6 rayonda yerləşdiriləcək.

Beləliklə, bu media studiyalar vasitəsilə biz distant ixtisasartırma dərslərinə start verəcəyik. Bu, bizə daha keyfiyyətli təlim aparan müəllimlərin gücündən istifadə etməklə onların vaxtına qənaət etmək və əlavə olaraq, təlimçi müəllimlərə ciddi nəzarət edərək təlimin keyfiyyətini qiymətləndirmək  imkanı verəcək. Təlimçilər rayonlara ezam olunmadan təlim keçdikləri üçün bu həm vaxta, həm də dövlət büdcəsinə qənaətdir. Əlbəttə, başa düşürük ki, təlimçilər ordusunu yeniləməyin vaxtı, artıq çatıb. Ona görə də təlimçilərin bilik keyfiyyətinin qənaətbəxş olmadığı vəziyyətdə bizim ilkin çıxış yolumuz budur”.