Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-18 16:47:00
Yeni ixtisasartırma proqramlarının siyahısı – Müəllimlərin çox aradığı bilgilər

Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin təkmilləşdirilməsini, onların daim dəyişən əmək şəraitinə  uyğunlaşdırılmasını, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını təmin edən təhsil növüdür.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu 2015-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırması və Yenidən hazırlanması İnstitutunun bazasında yaradılıb.

AzEdu.az yeni ixtisasartırma proqramlarını təqdim edir.

-Yazı işinin təşkili metodikası;
-Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası;
-Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası;
-Sinfin idarə edilməsi;
-Nitq qüsurlarının korreksiyası;
-Qeyri-ənənəvi rəsmçəkmə texnikaları;
-İnklüziv siniflərdə təlimin təşkili;
-Həyat bilgisi fənninin tədrisi metodikası;
-Alqoritmika, Proqramlaşdırmanın tədrisi metodikası;
-Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası.

Qeyd edək ki, ixtisasartırma proqramlarında iştirak edən müəllimlərə dövlət nümunəli sertifikat təqdim olunur. Dövlət nümunəli sertifikatda modulun adı, proqramın adı, təlim saatları, müvafiq kreditlərin sayı və ixtisasartırma müəssisəsinin adı qeyd olunur.