Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-16 21:59:00
ABŞ-da təhsil almaq istəyənlər üçün yeni imkan

"Education USA" Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə “Amerika Universitetlərinin Təhsil Sərgisi” keçirəcək.   AzEdu.az xəbər verir ki, sərgi xaricdə təhsil almaq istəyən hər kəs üçün doqquz ABŞ universitetinin nümayəndələri və mübadilə proqramlarının məzunları ilə birbaşa danışmaq imkanı yaradır.

Eyni zamanda universitet proqramları, ərizə prosedurları, təqaüdlər, tələbə həyatı və ABŞ-da mədəni uyğunlaşma haqqında ətraflı məlumat almaq üçün böyük imkan yaradır. Sərgidə ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndələri də iştirak edəcək.

 

"Educatin USA" Azərbaycan ABŞ-da rəsmi qeydiyyata alınmış ali təhsil müəssələr haqqında dəqiq, hərtərəfli və qərəzsiz məlumat  verir.

 

Tələbələrin ABŞ-da ali təhsil almaqlarına yardım edir. "Education USA" ABŞ ali təhsil sisteminin rəsmi mənbəyidir və yanvar ayından etibarən Azərbaycanda 1500-dən çox insana xidmət göstərib.