Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-16 20:14:00
Dövlət başçısı alimləri mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. AzEdu.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

 Hüseynov Tofiq Həsən oğlu

Muradov Allahyar Niyaz oğlu.

Ölkə başçısının digər sərəncamı ilə Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə bir qrup şəxs “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib:

Əliyev Tərbiz Nəsib oğlu

 İmanov Nazim Müzəffər oğlu

 Musayev Akif Fərhad oğlu

 Sultanova Rəna Polad qızı

 Yüzbaşıyeva Gülşən Zahid qızı.