Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-16 16:00:00
Kurikulumun müəllimlərdən tələb etdiyi sistemlilik – Ondan xəbərsizlər nəyi itirirlər?

Orta ümumi təhsil məktəblərində dərsin keyfiyyətli olması üçün müəllim gündəlik və illik planlaşdırma aparmalıdır.

Kurikulumda dövlət tərəfindən şagirdin bilik və bacarığına qoyulan tələbə yəni, standarta nail olmaq üçün müəllim təlim fəaliyyətini düzgün planlaşdırmalıdır.

Ümumilikdə planlaşdırmanın 2 növü var:

1.Perspektiv (illik) planlaşdırma

2.Cari (gündəlik) planlaşdırma

Perspektiv planlaşdırmanı tərtib edərkən müəllim bir neçə məqama diqqət etməlidir.

Ən vacib məqamlardan biri mövzuların yeri və ardıcıllığı ilə bağlıdır. Müəllim mövzuların ardıcıllığını düzgün - sadədən mürəkkəbə doğru müəyyənləşdirməlidir.

-İnteqrasiya imkanlarını düzgün müəyyən etməlidir. (Fənndaxili və fənlərarası)

“İnteqrasiya” termini XX əsrin sonlarından etibarən daha  fəal istifadə olunmağa başlayıb. Beləcə, bütün elm sahələrində, o cümlədən sosiologiya və pedaqogikada inteqrasiya önəmli yer tutub. Pedaqogikada “inteqrasiya”, “inteqrativlik”, “təhsildə inteqrasiya” və s. anlayışlardan daha çox istifadə olunur.

Kurrikulum metodunda inteqrasiya 2 formada olur: fəndaxili və fənlərarası

Əgər seçilən dərsin mövzusu köhnə dərslə əlaqələndirilirsə, bu, fəndaxili, seçilən mövzu digər fənlərlə əlaqələndirilsə, fənlərarası inteqrasiya adlanır. Ümumiyyətlə, müxtəlif fənlər üzrə biliklərin inteqrasiyası şagirdin təfəkküründə ətraf aləm haqda sistemli dünyagörüşün formalaşmasına kömək edir.

-Şəraitə və sinfin səviyyəsinə uyğun olaraq resursları əlavə vəsaitlər və təchizatları seçməlidir.

-Müəllim şagirdlərin inkişaf və qavrayış səviyyələrini nəzərə almaqla mövzulara uyğun vaxt bölgüsü aparmalıdır, yəni mövzuların çətinlik dərəcəsinə uyğun ayrılan vaxt bölgüsünü özü azaldıb, artırmalıdır.

Qeyd edək ki, perspektiv planlaşdırma üçün lazım olan metodik vəsait dövlət tərəfindən məktəblərə paylanılır, rəhbərlik də həmin vəsaiti müəllimlərə təhvil verir. Metodik vəsaitdə dərslərin hər biri sıralama ilə saatı və inteqrasiyası qeyd olunmaqla yazılır.