Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-16 15:25:07
V qrup üzrə imtahanlar necə keçiriləcək?–RƏSMİ  

2019-cu ildən qəbul imtahanları  kurikulum sistemi əsasında təşkil olunacaq.

Ən çox sual doğuran məqamlardan biri də V ixtisas qrupu ilə  bağlıdır.

AzEdu.az xəbər verir ki, V ixtisas qrupu və orta ixtisas təhsili müəssisələri (kolleclər) üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

V ixtisas qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər.

Yalnız V qrup üzrə ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə buraxılış imtahanının nəticəsi əsasında iştirak etmək mümkündür. Ali təhsil müəssisələrinin bakalavr pilləsində təhsil almaq üçün V qrup istisna olmaqla, qəbul imtahanında iştirak vacibdir.

Əvvəlki illərin məzunları V qrup üzrə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənləri üzrə qəbul imtahanı verəcəklər. V qrupu seçən abituriyentlərin hamısı, əvvəlki illərdə olduğu kimi, qabiliyyət imtahanı da verəcəklər.

Buraxılış imtahanından topladıqları baldan asılı olmayaraq şagirdlər qəbul imtahanında iştirak edə biləcəklər.

Buraxılış imtahanlarının yeni modeli isə belədir:

Buraxılış imtahanı (11 illik təhsil bazasında)

İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)

Xatırladaq ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları