Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-16 14:04:00
“3-cü sinif dərsliyində erotika var” – Deputatdan etiraz

“Azərbaycanda dərsliklərdə çoxlu sayda zərərli informasiyalar var. Bunlar haqqında qəzetlər yazır, ekspertlər deyir, amma heç bir addım atılmır”.

AzEdu.az-ın  məlumatına görə, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən planar iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu gün dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır: “İkinci sinif şagirdinə Dağlıq Qarabağın qayıdışına inanırsınızmı kimi suallar verilir. Uşaq isə yox deyib, ata da öz uşağını döüb. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar”.

Deputat 3-cü sinif dərsliyində erotikanın olduğunu da qeyd edib:

“Amma buna baxan yoxdur. Bundan başqa, dərsliklərdə yazılanlar ləhcə ilə yazılır. Sonra da deyirlər ki, insanlar niyə rus dilli məktəbə meyllənirlər? Çünki rus dilli məktəblərdə belə hallar yoxdur, orada düz əməlli dərs keçirlər”.