Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 23:20:00
Tələbələr üçün yeni  telefon modeli

Tayvanlı istehsalçı rəsmi Sosial Media hesabları vasitəsilə “HTC Exodus”un tanıtım tarixini açıqladı. AzEdu.az xəbər verir ki, smartfon bazarında əsas adlardan biri olan HTC çətin anlar yaşayır. Tayvan istehsalçısı son bir neçə il ərzində mövcud müştəri bazasının əhəmiyyətli bir hissəsini itirib.

2014-cü ildə “HTC One M8” modeli böyük bir müvəffəqiyyətə imza atıb. Hətta 2014-cü il üçün HTC-nin zirvə ili olduğunu söyləyə bilərik. 2014-cü ildən sonra “HTC One M8”-in varisi “HTC One M9” “Snapdragon 810” çipsetinin yaratdığı istiləşmə problemləri nəticəsində istifadəçilərin inamını itirdi.

Qeyd edək ki, “HTC Exodus” haqqında hələlik dəqiq məlumat yoxdur. Yəni telefonun hansı texniki xüsusiyyətləri olduğu bilinmir.

HTC yeni modelini 22 oktyabrda təqdim edəcəyini açıqlayıb.