Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 16:15:35
Tələbələr onlar üçün hava-su kimi vacib olan kreditdən bu cür faydalana bilərlər – Şərtlər  və qaydalar

Maarifçi  Tələbə Kredit Fondu gənclər üçün güzəştli kreditlərin verilməsini nəzərdə tutur. Artıq 3 ildir fəaliyyət göstərən fonddan 200 tələbə yararlanıb.

AzEdu.az tələbə krediti haqqında hansı şərtlərlə verilməsi və tələb olunan sənədlər haqqında məlumatları təqdim edir:

Tələbə kredit əldə etmək üçün maarifci.az saytı vasitəsilə onlayn müraciət etməlidir. Bunun üçün tələb olunan sənədləri toplayaraq elektron formada əlavə edə bilərlər. Burada bəzi şərtlər var. Tələbənin ortalama balı 71-dən yuxarı olmalı,kəsri olmamalı, 2,3 və ya 4-cü kurs tələbəsi olmalıdır.

Çünki I kurs tələbəsinin göstəricisi məlum olmur. Kredit aztəminatlı ailədən olanlar üçün nəzərdə tutulur. Buna görə də valideynlərin illik gəliri 10 mindən aşağı olmalıdır. Əsas tələblər bunlardır.

Kredit təhsil haqqı üzrə olduğuna görə, ödənişli əsaslarla təhsil alanlara şamil olunur. Amma gələcəkdə yataqxana xərcləri, elmi tədqiqatlar üzrə, tədris krediti formasında da tətbiq olunacaq. Bunlar həm ödənişli, həm də ödənişsiz təhsilalan tələbələrə  aid ediləcək. Kredit hazırda bakalavr pilləsi üzrə əyani təhsil alanlara verilir. Gələcəkdə magistrlər üçün də nəzərdə tutulacağı gözlənilir.

Tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsinin hər iki üzünün rəngli scan variantı

Tələbə bileti

Valideynlərin (və ya himayəçilərin) rəsmi cari məvacibinə/gəlirinə dair arayış

Kredit tarixçəsi üzrə arayış- Müraciət zamanı tələbənin valideynlərinin (himayəçilərinin) daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsinin baş verməməsi (borc öhdəlikləri üzrə ödənişlərin vaxtında yerinə yetirilməməsi və ya borcun digər şərtlərinin təmin olunmaması) dair göstərilmiş məlumatların düzgünlüyünü yoxlamaq üçün təsdiqedici sənəd olaraq valideynlər (himayəçilər) üzrə Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarış (arayış) təqdim olunması tələb olunur. Vətəndaşlar ASAN Xidmətə yaxınlaşaraq bu arayışları asan və ödənişsiz qaydada əldə edə bilərlər. Xidmət 1 və 4 saylı Bakı “ASAN xidmət” mərkəzlərində həftənin bazar ertəsi – cümə günlərini əhatə etməklə saat 10:00-dan 19:00-dək həyata keçirilir.

Qiymət cədvəlindən çıxarış (akademik transkript)

Foto şəkil (rəngli, 3 sm x 4 sm ölçüsündə, son 6 ay ərzində çəkilmiş və keyfiyyətli olmalıdır)

Güzəştli kredit paketləri üçün tələb olunan sənədlər
Müraciət zamanı tələbənin güzəştli paketdə göstərilən qruplara aidiyyətini yoxlamaq üçün təsdiqedici sənəd olaraq müvafiq qurum tərəfindən verilən təsdiqedici sənədin/arayışın təqdim olunması tələb olunur.  

Qeyd: Akademik borcu olanlar müraciət edə bilməzlər.

Bu, faizsiz kreditdir. Kredit təhsil haqqından asılı olaraq verilir,amma maksimum məbləğ 4 min manatdır. Ümumi tədris ili müddətində isə bu məbləğ 10 mindir.

Kreditlər 5 və 10 il müddətinə verilir. 5 illik- Standart təhsil krediti  60 ay ərzində ödənilir. Tələbə məzun olduqdan sonra  bir il güzəşt müddəti verilir. Sonrakı 5 il ərzində onu geri qaytarır.Ümumi məbləğ 60 aya bölünür və hər ay həmin məbləğ ödənilir. 10 illik-Güzəştli təhsil kreditinin güzəşt müddəti isə 2 ildir. Verilən məbləğ 120 aya bölünür.

Güzəşt müddəti, hərbi xidmətdə olduğunu təsdiq edən sənəd təqdim edildiyi təqdirdə, əlavə 1 il uzadılır.

Qeyd edək ki, bu il üçün müraciət 19 oktyabra qədər nəzərdə tutulub.