Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 15:22:00
Azərbaycan Dillər Universitetində ənənəvi Çin bayramı qeyd olunub

Oktyabrın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin payızına həsr edilən "İki doqquzluq bayramı" qeyd olunub.

AzEdu.az xəbər verir ki,  Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Xan sülaləsinin imperatoru Lyu Banın uzunömürlülük əldə etmək üçün ay təqviminin doqquzuncu ayının doqquzuncu günündə əyninə zoğal ağacının budaqlarını geyinmək və xrizantem şərabı içmək adətini gündəmə gətirməsi ilə bağlı bayramın yaranması əfsanəsini danışıb.

Seminarda çıxış edən Konfutsi İnstitutunun əməkdaşları bayramın ənənələri, fəlakətlərdən xilas olmaq və xoşbəxt ömür sürmək üçün dua edərək dağa qalxma mərasimi, düyü unundan hazırlanaraq ərik çəyirdəkləri, xurma, qoz-fındıq və kişmişlə bəzədilmiş bayram şirniyyatları haqqında danışıblar.

Sonda ADU-nun tələbələri bayramın rəmzi xrizantemlərə həsr olunmuş şeirlər səsləndiriblər.