Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 14:03:00
Azərbaycanda tam fərqli təhsil platforması – Şagirdlər üçün inanılmaz imkanlar

“Azərbaycan Respublikasının təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən  proqramlarından biri də “Azərbaycan üçün Öyrət” təhsil platformasıdır.

Proqram 2016-cı ildən fəaliyyət göstərir.

Proqram vasitəsilə dərsdənkənar saatlarda akademik fənlər və dünyagörüşü artıran yeni tədris yanaşmalarını tətbiq etmək, beynəlxalq və yerli səviyyədə təcrübə mübadiləsi aparmaq, təhsil alanların bilik səviyyəsinin artırılması və akademik göstəricilərinin yüksəldilməsi istiqamətində işlər görülür.

Məqsəd

Təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə təhsil alanların tədris imkanlarının, bilik və dünyagörüşünün artırılmasıdır.

Bu proqram əsasında “Təhsil Avtobusu” yay məktəbi 3 ildir həyata keçirilir. Marafon zamanı təlimçi-ekspertlərdən ibarət komanda müxtəlif bölgələrə səyahət edir.

“Təhsil avtobusu” 2016/2018-ci illərdə 23 günlük 12 bölgəyə səyahət edib.

Proqram əsasında keçirilən təlimlərin mövzusu

“Azərbaycan üçün oxu!”

“Bisnesə necə başlamalı?”

“Bisnesmənəm!”

“Code Tusi” komanda oyunu

“Karyera inkişafı və İKT imkanları”

“Mən bir aktyoram”

“Motivasiyanı yarat”

“Nə? Harada? Nə zaman?”

“İlk tibbi yardım”

“Robotlarla iş”

“Sağlam təhsil”

“Sığortalanan gələcək”

“STEAM!-universal tədris mənbəyi”

“Uğurlu karyera”

“Emosional zəka”

“Kommunikasiya bacarıqları”

Qeyd etdyimiz kimi, proqram hər il yay aylarında fəaliyyət göstərir. 2019-cu il üçün isə hansı bölgədə keçiriləcəyi barədə hələ ki məlumat yoxdur.