Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 13:43:00
Ən passiv və bərbad saytı olan universitetlər - ANALİZ

Abituriyentləri və valideynləri maraqlandıran əsas məsələlərdən biri düzgün ixtisas seçimidir. Təhsil alacağınız ali məktəbi seçmək həmin universitetin fəaliyyəti, təhsil sistemindəki uğurları və sizin üçün yaradacağı imkanlardan asılıdır. Universitet haqqında məlumat almaq üçün ən yaxşı vasitə də ali məktəbin rəsmi saytına daxil olmaqdır.

Reallıq budur ki, Azərbaycanda  fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəsmi saytlarının fəaliyyəti o qədər də ürəkaçan deyil.

Bəs, Bakıda yerləşən hansı universitetlərin saytlarını bərbad adlandıra bilərik?

Azərbaycan Kooperasiya Universitetinin saytında “Tələbə”, “Magistr”, “Doktorantura”, “Xarici tələbə” bölmələri boşdur. Xəbərlərin paylaşım tezliyi zəifdir. Sayta yerləşdirilən sonuncu xəbər 25 sentyabrda aiddir.

Rektorla əlaqə saxlaya biləcəyiniz  hər hansı bölmə yoxdur. Saytda universitet barədə nəzəri məlumatlara yer  verilib. Sayt sadəcə bir dildə fəaliyyət göstərir.

Azərbaycan Dillər Universitetinin saytına daxil olduğunuz zaman texniki problemlərlə üzrləşirsiniz. Saytda nəzəri məlumatlara daha çox yer verilib. “Xəbər arxivi” bölməsində gündəlik 1 və ya 2 informasiya paylaşılır. Sayt 3 dildə fəaliyyət göstərir. Əsas problem saytın ləng işləməsiylə bağlıdır. Saytda tələbələrin marağını cəlb edən hansısa yeniliyə, rəngarəngliyə rast gəlinmir.

Bakı Avrasiya Universitetinin saytının dizaynı diqqəti cəlb etmir. Saytda xəbər lenti yoxdur. Daha çox nəzəri məlumatlara yer verilib. Tələbələrin marağını cəlb edən hansısa yeniliyə, rəngarəngliyə rast gəlinmir.

Bakı Biznes Universitetində xəbər lenti gec-gec yenilənir. Sayt 3 dildə fəaliyyət göstərsə də, tələbələrin marağını cəlb edəcək hər hansı məlumata rast gəlinmir.

Yuxarıda qeyd olunan universitetlər necə deyərlər, aysberqin sadəcə, görünən tərəfidir. Təəssüf ki, bir neçə ali məktəb istisna olmaqla, əksər universitetlərin saytları dizayn və xəbər standartları baxımından bir-birlərinə bənzəyirlər. Xarici universitetlərin rəsmi səhifələrində mövcud olan rəngarənglik, multimedialılıq, xəbərlərlə operativ yanaşma, tələbələri maraqlandıran problemlərin işıqlandırılması kimi vacib məsələlərə çox az universitetimizin saytında rast gələ bilərik.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları