Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 12:07:00
Biri rekord sayda jurnal buraxır,  digəri məqaləyə görə işçidən  pul alır – Universitetlərin   müqayisəsi

Azərbaycan universitetlərindəelmi məqalələrin, ali məktəblə bağlı yazıların  yer aldığı elmi jurnallar nəşr olunur. Həmin jurnallarda məqalələr universitetdən asılı olaraq ödənişli, ödənişsiz əsaslarla dərc olunur.Bəs, universitetlərdəhansı elmi jurnallar nəşr olunur?

AzEdu.az bununla bağlı universitetlərlə əlaqə saxlayıb.

Azərbaycan Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov universitetdə çıxan jurnallar haqqında bizə məlumat verib.

“Azərbaycan Pedaqoji Universitetində “Pedaqoji Universitetin Xəbərləri” jurnalı 2 seriyada çap olunur. Bu jurnal Riyaziyyat və təbiət elmləri, Humanitar, ictimai- sosial elmlər seriyasında çap olunur. “Tarix, İnsan və cəmiyyət” jurnalı da daxil olmaqla bunların hər il 4 nömrəsi çıxır. “Fizika, riyaziyyat və informatika tədrisi” jurnalının ildə 4 nömrəsi çap olunur. “Təhsildə İKT” jurnalının isə ildə 3 nömrəsi çıxır. “Musiqi elmi, mədəniyyəti və təhsilinin aktual problemləri” nin ildə 2 nömrəsi nəşr olunur.

Jurnalda universitetin əməkdaşlarından başqa, digər ölkələrin professor, mütəxəssisləri də bizim  jurnallara məqalə göndərirlər. Bizim jurnalın altısı da Ali Attestasiya Komissiyasının nəticələri qəbul edilən elmi nəşrlər sırasındadır. Ölkəmizdə nüfuzlu elmi jurnallar hesab olunurlar.

Müraciət üçün bizim universitetin elektron ünvanına məqaləni göndərirlər. Daxil olan məqalə mütəxəssislər tərəfindən müsbət rəy alarsa, dərc olunur. Hər jurnalın həcminə görə oradakı məqalə sayı dəyişə bilər. Elə jurnal var ki, 12-13 məqalə dərc olunur. Ümumilikdə, hər nömrədə 20-ə qədər məqalə dərc olunur”.

Lənkəran Dövlət Universiteti Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdir mavini Ülviyyə xanım bildirib ki, universitetdə 2 elmi jurnal çıxır:

“Bunlar “Lənkəran Dövlət Universitetinin Elmi Xəbərləri”, “Elmi Konfranslar” jurnallarıdır. Jurnalda yalnız bu universitetin deyil, digərlərinin də elmi məqalələri dərc olunur. Məsələn, Konfranslar jurnalı dekabrda nəşr olunacaq. Məqalələr ödənişli əsaslarla dərc olunur.Universitetin əməkdaşlarına güzəşt olunur, məbləğ elə də çox deyil”.

UNEC

UNEC-də “Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri”, “İqtisad elmləri: nəzəriyyə və praktika”, “UNEC  Ekspert”  jurnalları nəşr olunur.

Elmi Xəbərlər jurnalı ildə 4, “UNEC  Ekspert”, “İqtisad elmləri: nəzəriyyə və praktika” isə ildə iki dəfə nəşr olunur. "UNEC Ekspert"də məqalə dərci ödənişsiz, Elmi Xəbərlər jurnalında isə ödənişlidir.

BDU

Bakı Dövlət  Universitetində 11 adda jurnal nəşr olunur. “Bakı Universitetinin Xəbərləri” jurnalı 4 seriyada çap olunur. Bundan başqa aşağıdakı jurnallar da nəşr olunur:

-Applied and computationalmathematics (“Tətbiqi və hesablama riyaziyyatı” ingilis dilində)

-“TurkicWorldMathematicsSocietyjournal of Pure and AppliedMathematics” jurnalı (“Nəzəri və tətbiqi riyaziyyat” jurnalı)

-Xəzəryanı ölkələri Universitetlərin Assosiyasiyasının «Təbii  Resurslar» jurnalı

-Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal, azərbaycan, rus və ingilis dillərində nəşr olunur)

-"Dünya azərbaycanlıları: tarix və müasirlik"

-Psixologiya (elmi-praktik jurnal)

-Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal)

-Dil və ədəbiyyat (nəzəri, elmi, metodik jurnal)

-Folklorşünaslıq məsələləri («Dil və ədəbiyyat» jurnalına əlavə kimi nəşr olunur)

-Pedaqoji aləm (elmi-populyar jurnal-Azərbaycan, rus və ingilis dillərində nəşr olunur )

-Kitabxanaşünaslıq və biblioqrafiya (elmi-nəzəri, metodik və təcrübi jurnal)

-Kitabxanaşünaslıq və informasiya (elmi nəzəri və praktiki jurnal)

-Kitabxanaşünaslıq və nəşriyyat işi (elmi-nəzəri və təcrübi jurnal)

-«Kitabxana.az» (elmi, metodiki və praktiki jurnal)

-Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin Elmi Məcmuəsi

-Sportman

-Journal of LowDimensionalSystems

AzTU

Azərbaycan Texniki Universitetində “Elmi əsərlər”, “Maşınşünaslıq” jurnalları nəşr olunur. “Elmi əsərlər” jurnalı ildə 4 dəfə çap olunur.

Qərbi Kaspi Universiteti

Qərbi Kaspi Universitetində də “Elmi xəbərlər” jurnalı ildə 4 dəfə çap olunur.

Jurnalda Azərbaycan, rus, ingilis, alman, fransız dillərində elmi məqalələr dərc olunur.