Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-14 21:11:00
Tələbələrin daha çox istifadə etdiyi “Telegram”da problem

Bütün dünyada tələbələrin daha çox istifadə etdiyi "Telegram" messencerinin işində problem yaranıb. AzEdu.az  xəbər verir ki, bu barədə messencerin "Twitter" mikrobloqunda məlumat yayılıb.

 

Məlumatda bildirilir ki, "Telegram"ın klaster serverlərindən biri işləmir. Bu səbəbdən yaranan problem Yaxın Şərq, Afrika və Avropanın bəzi hissələrində özünü göstərib.

 

Qeyd olunur ki, mütəxəssislər hamını şəbəkəyə qaytarmaq üzərində işləyirlər.