Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-14 17:00:00
AzEdu.az-ın səs-küy yaradacaq müsabiqəsinə  yazı qəbulu davam edir-Son tarix  

AzEdu.az  “Ucqar kənd müəllimləri şəbəkəsi”  layihəsi qısa vaxtda xeyli rəğbət qazandı.  

Xatırladaq ki, layihə vasitəsilə AzEdu.az bölgələrdə çalışan gənc müəllimləri şəbəkə şəklində bir araya gətirir.

Təhsil portalı  şəbəkəyə üzv olan müəllimlər arasında müsabiqəni davam etdirir. Müsabiqəyə həmçinin, üzv olmayan müəllimlər də qatıla bilərlər.

Müsabiqə çərçivəsində müəllimlər portalın qoyduğu konkret  mövzu ətrafında öz mülahizələrini irəli sürərək, həcmindən asılı olmayaraq, yazı yazacaqlar. Yazıda 3T prinsipinin  - təqdir, tənqid və təklif – hər biri keçərlidir. Bu,  təbii ki, müəllimin fərdi yanaşmasından asılı olaraq, dəyişəcək.

Hər ay təşkil olunacağı nəzərdə tutulan müsabiqənin oktyabr ayı üçün ikinci mövzusunu elan edirik.

MÖVZU – “Diaqnostik qiymətləndirmə: çatışmazlıqlar və iradlar”

Məqalələrin qəbulu bu gündən başlayır.

Son tarix: 20 oktyabr, saat 00:00

Yazı göndərmək istəyən müəllimlərdən xahiş olunur ki, məqalələri “worddocument” və ya "pdf" şəklində, 1 A4 səhifəsindən az olmamaq şərtilə,  [email protected] ünvanına yollasınlar. Yazıların hansı janrda yazılmasının heç bir fərqi yoxdur.

Məqaləni yollayarkən "subject" hissəsinə mövzunun adını, yəni “ Diaqnostik qiymətləndirmə: çatışmazlıqlar və iradlar ”  yazmağınız lazımdır. Mətnin içində isə ad, soyadınız, çalışdığınız təhsil müəssisəsi və vəzifənizi (hansı fənni tədris etdiyinizi), eyni zamanda əlaqə nömrənizi qeyd etməyinizi xahiş edirik.

İlkin olaraq, bizə göndərilən yazılar ekspertlər tərəfindən yoxlanıb, qiymətləndiriləcək.Seçilən ən yaxşı 10 yazı AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.

Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Ətraflı məlumat üçün əlaqə vasitələri:

e-poçt: İ[email protected]
mobil tel. : 055 329 4878
WhatsApp: 055 329 4878
Facebook: https://www.facebook.com/azedu.az