Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-14 12:19:23
Yeniyetmələr arasında cüdo üzrə beynəlxalq “Təhsil kuboku” keçirilir  

Təhsil Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının dəstəyi, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə yeniyetmələr arasında cüdo üzrə beynəlxalq “Təhsil kuboku” keçirilir.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, oktyabrın 14-dək davam edəcək yarışda Türkiyə, Polşa, Ukrayna, Rusiya və digər ölkələr iştirak edir. “Təhsil kuboku” uğrunda ümumilikdə 13 ölkədən 900-dən çox cüdoçu mübarizə aparır.

Yarış bitdikdən sonra yeniyetmə cüdoçular öz ustalıqlarını artırmaq məqsədilə üçgünlük təlim-məşq toplanışında iştirak edəcəklər.