Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-13 12:02:00
AMEA-nın aparıcı bölməsi il ərzində bu kimi yeniliklərə imza atacaq

Yeni tədris ili başladığından elm sahəsində hansı işlərin görüləcəyi ictimaiyyət üçün maraqlı olan məqamlardan biridir.

AzEdu.az xəbər verir ki, bununla əlaqədar, Akademiyanın bu il üçün hansı prioritet istiqamətləri olduğunu öyrəndik.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi katibi Durna Əliyeva bu haqda bizə məlumat verib.

“AMEA RH-ın 31 yanvar 2018-ci il tarixli 4/3 saylı Qərarı ilə müəyyən olunan Biologiya və Tibb  Elmləri Bölməsinin bu il üçün əsas prioritet istiqamətləri belə sıralanıb:

- Bioloji müxtəlifliyin öyrənilməsi ilə bağlı kompleks ekosistem yanaşmalar;
- Qocalmanın fizioloji və molekulyar-genetik mexanizmləri və insan beyninin inteqrativ fəaliyyətinin neyrobioloji və molekulyar-fizioloji əsasları;
-Ərzaq təhlükəsizliyinin təmin olunması üçün yerli mədəni bitki və heyvan genefondunun qorunması, xəstəlik və zərərvericilərə qarşı davamlı və keyfiyyətli yeni bitki sortlarının yaradılması”.