Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-13 10:31:00
Təhsil Nazirliyinin RƏSMİSİ: "Yeni qəbul qaydaları əvvəlki imtahan modeli ilə üst-üstə düşür"

“Yeni qəbul qaydaları əvvəlki qəbul modeli ilə üst-üstə düşür. Hər iki imtahan modeli arasında elə ciddi fərqlər yoxdur”

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, edilən dəyişikliklər şagirdlər üçün müsbət xəbərdir:

“Yeni qəbul qaydaları əvvəlki qəbul modeli ilə üst-üstə düşür. Hər iki imtahan modeli arasında elə ciddi fərqlər yoxdur. Yeni qaydalar  hər  məzun üçün müəyyən mənada müsbət xəbərdir. Məzun əvvəl 8 fəndən imtahan verirdisə, gələn il 6 fəndən imtahan verəcək.

Qəbul imtahanının ikinci mərhələsində isə xüsusi heç bir dəyişiklik yoxdur. Abituriyent ikinci mərhələdə 3 fəndən maksimum 400 bal toplaya biləcək. Yəni, əsas fərq fənlərin sayının azaldılmasındadır”.

Xatırladaq ki, 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları