Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-12 13:30:00
“Education 2018” sərgisi ali məktəblər arasında əlaqələrin qurulmasına müsbət təsir göstərir  

Bakıda keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisi (Education 2018) yerli və xarici ali məktəblər arasında əlaqələrin qurulmasında və gələcəyin tələbələrinə ixtisas seçimində müsbət təsir göstərir.

AzEdu.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunan Milli Aviasiya Akademiyasının (MAA) tədris işləri üzrə prorektoru Ədalət Səmədov deyib.

Ə.Səmədovun sözlərinə görə, sərgidə yer alan MAA-nın stendində bu ali təhsil ocağının tədris prosesi, infrastrukturu, fakültələri, ixtisasları, elmi tədqiqat işləri, ümumiyyətlə, Azərbaycanın mülki aviasiya sahəsində rolu barədə ətraflı məlumat verilir. “Məqsədimiz gələcək mütəxəssislərimizin ölkəmizdəki mövcud iqtisadi potensialı görə bilmələrinə şərait yaratmaq, bu sahədə gənclərə ixtisas, peşə seçimində kömək göstərməkdir. Stendimizdə əsasən gənclərimiz üçün maraqlı ola biləcək layihələri təqdim edirik. Belə ki, MAA-nın stendində tələbələrimizin əl işləri və onların hazırladıqları peyk modeli nümayiş olunur”,- deyə Ə.Səmədov diqqətə çatdırıb.

Prorektor vurğulayıb ki, sərgiyə qatılan iştirakçılar, o cümlədən tələbələr asudə vaxtlarını səmərəli keçirmələri istiqamətdə dolgun məlumatlar da əldə edə bilərlər.