Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-12 11:43:00
BDU-nun tələbəsi nanotexnologiya vasitəsilə məhsuldarlığı açıqladı – Gələcəyin təsərrüfat inqilabı

AMEA-nın Rəyasət Heyətində Koordinasiya Şurasının tərkibi və qarşıda duran vəzifələrin müzakirə edildiyi iclasda akademik Abel Məhərrəmovnanotexnologiyanın dünya elmində tutduğu yer, onun nəticələrinin tətbiq sferasının genişliyi haqqında danışıb.

O, bu istiqamətdə dövlət proqramının hazırlanması təklifini irəli sürüb. Qeyd edib ki, nanotexnologiyanın inkişaf proqramının hazırlanması ölkədə həm elmin, həm də elm tutumlu sənayenin inkişafına güclü təkan verə bilər.

11 oktyabrda keçirilən  Beynəlxalq  Təhsil  Sərgisində Bakı Dövlət Universiteti də nanotexnologiya ilə bağlı çıxış edib.

Universitetin tələbəsi Günel Hüseynova bu haqda AzEdu.az-a məlumat verib:

“Bu məqsədlə bir neçə üsuldan istifadə olunur. Müasir metodlardan  biri də nanotexnologiya üsuludur.

Bu üsulla məsələn, şoranlaşma tam aradan qaldırılmasa da, həmin torpaqda nisbətən azalır. Məsələn, buğda əkmək istəyiriksə, həmin toxumu nanohissəcik ilə bulayırıq və xüsusi aparatla qarışdırırıq. Əvvəlki toxum münbit torpaqda bitir, şoranlaşmış torpaqda məhsuldarlıq zəif olur, şiddətli şoranlaşmış torpaqda isə bitmir. Amma nanohissəciklə bulanmış toxumu şoran torpaqda belə yetişdirə bilirik. Gələcəkdəki əsas məqsəd budur”.

Tələbə bildirib ki, layihə həyata keçirilsə, torpaqlarda məhsuldarlıq artacaq:

“Bildiyimiz kimi Kür-Araz, Cənub zonası və dəniz əraziləri duzlaşmaya daha çox məruz qalırlar. Həmin zonalarda bu texnologiyadan istifadə edərək məhsuldarlığı artıracağıq. Düzdür, münbit torpaq qədər olmasa da, müəyyən nəticə olacaq”.