Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-12 11:22:00
“Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi”  layihəsi  davam edir

“PEŞƏYÖNÜMLÜ TƏHSİLİN İNKİŞAFINA YARDIM” İCTİMAİ  BİRLİYİ   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  qrantı hesabına   “Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi”  adlı  layihənin  icrasını davam etdirir.  

AzEdu.az xəbər verir ki, təşkilat 11 Oktyabr 2018   tarixdə  Bakı şəhər 7 saylı məktəbdə  8- ci  sinif şagirdləri  ilə   tədbir  təşkil edib.  Tədbirin məqsədi   məktəb  şagirdləri  ilə  peşəyönümü  işi  aparmaq,  məktəbin şagirdlərini    İKT  yönümlü  peşələrlə  istiqamətləndirmək idi.

Layihənin eksperti,  ADPU-nun dosenti İlham Əhmədov peşəyönümü  işi barədə  danışdı. O, əvvəlcə şagirdlərdən soruşub ki,  sizlərdən kim  öz  gələcək  peşəsi  barədə seçim edib.  Bir neçə   şagird artıq  özlərinə  peşə seçdiklərini bildiriblər. Onlar  növbə ilə    özlərinə  hansı peşəni və  niyə seçdiyini  əsaslandırmağa  çalışdılar. Bu  məqsədlə indidən hansı tədbirlər  gördüklərini  bildirdilər.  Daha sonra  layihə eksperti  uşaqlara izah edib ki,  bir  sıra  peşələr  yaxın gələcəkdə əmək bazarından  silinəcək, əvəzinə  xeyli  yeni peşələr yaranacaq.  Əmək  bazarında  gözlənilən  bu  dəyişiklər  texnologiyaların sürətlə inkişaf etməsi ilə  əlaqədardır.

Daha sonra  tədbirdə  layihənin digər  eksperti  İradə Əliyeva  peşə  seçiminin  hər  bir  gənc üçün  taleyüklü məsələ olduğunu  qeyd edib.  Tədbirdə bildirilib ki,  bu gün dünyada 240 minə yaxın peşə növü vardır. Peşələr isə  ümumən  5 növə bölünür: İnsan-təbiət, İnsan-texnika, İnsan-insan, İnsan-işarələr sistemi, İnsan-bədii obraz. Bunlar əsas peşə  klasterləridir. Ən əsası  insanın özünə uyğun peşə seçimidir.

Daha sonra  düzgün peşə seçimi aparmaq üçün şagitdlərə tövsiyyələr verilib.

Peşə seçimi insanın həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə seçilmir, bəlkə bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, özünü doğrultmaq üçün seçilir. Hər birimiz ilk seçimi-mizi ətrafdakı insanlara baxaraq seçirik. Kimsə hansısa peşədə qabiliyyətli olursa, uğur qazanırsa bizim də ilk ağlımıza gələn o peşəni seçmək olur. Ancaq zaman zaman qərarlarımızı dəyişdiririk.

Düzgün peşə seçimində hər kəs öz yerini və imkanlarını dəqiq bilməlidir. Aydındır ki, hamıda eyni qabiliyyət, eyni maraq, və eyni bacarıq ola bilməz. Amma hər kəsdə hər hansı bir sahəyə müəyyən meyl və maraq vardır. Bu amilləri üzə çıxartmaqda peşəyönümünün rolu böyükdür. Bununla yanaşı, gənclərə peşəyə dair məsləhətlər, əmək bazarında real vəziyyət haqqında məlumatlar vermək lazımdır. Çünki bu gün peşə və ixtisas düzgün seçilməzsə, gələcəkdə həmin peşə və ixtisas üzrə işlə təmin olunmaqda problem yaranır ki, bunun da nəticəsində işsizlik ortaya çıxır. Bu problem dünyanın bütün ölkələrində mövcuddur.

Düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın maraq və meyllərinə, bacariqlarına uyğun işəgötürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcədə əhəmiyyət kəsb edir. Bu vacib işin uğurla həyata keçirilməsi üçün peşə seçiminin müvafiq qurumlar tərəfindən düzgün aparılması xüsusi dəyər kəsb edir. Ona görə də hər bir gənc ilk növbədə iş dünyasının tələblərini və sahibkarların nə istədiklə-rini, hansı keyfiyyətlərə üstünlük verdiklərini müəyyən etməlidir. 

İnformasiya texnologiyalarının, xüsusi ilə  süni intellektin  inkişafı artıq  əmək bazarında ciddi  gərginlik yaradır. Bir sıra peşələr  artıq  tarixin arxivinə yollanılır. Digər  tərəfdən  yeni-yeni peşələr yaranır. 2020-ci ilə  qədər olan  müddətdə   xeyli yeni peşələr üzrə  mütəxəssislərə  ehtiyac olacaqdır. Eyni zamanda bu gün öyrənilən  bir  sıra  peşələrə isə ehtiyac olmayacaqdır. Xüsusən İKT yönümlü peşələrə ehtiyac ilbəil artacaqdır. Ona görə  bu günün məktəb şagirdləri peşə seçərkən  bu  reallıqları nəzərə almalıdırlar. Məktəb müəllimləri  də  şagirdlərini  əsasən perspektivi  olan  peşələrə yönləndirməlidir.