Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-12 10:24:00
Güney Azərbaycandan olan professor – “Bizə diplomlu mühəndis yox, iş bacaran adam lazımdır” -ANONS

“Azərbaycan sənayesinə iş bacaran mühəndis lazımdır, diplomlu mühəndis yox”.

Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı Cənubi azərbaycanlı alim, professor Reza Talebi-Daryani deyib.

Professor Reza Talebi-Daryani Köln Universitetindən Avropa İttifaqının IV Tempus layihəsinin Azərbaycan üzrə əlaqələndiricisidir.  Alman-Azərbaycan Forumu idarə heyətinin üzvü olan alim, həmçinin, Almaniyadakı Azərbaycan diasporunun fəallarından biridir.

53 ildir, Almaniyada yaşayan müsahibimiz, bir çox ölkələrdə qonaq-professor kimi fəaliyyət göstərib.

Professor hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində Mühəndis sistemləri və qurğuların tikintisi kafedrasında magistrlərə enerji menecmenti ixtisasından dərs deyir.

AzEdu.az həmin müsahibədə toxunulan maraqlı detallardan birini təqdim edir:

“Azərbaycanda mühəndis təhsili üçün çox inkişaf lazımdır. Hər şeyi universitetin boynuna qoymaq olmaz. Mən burda tədrislə məşğulam, amma tələbələr dərsə maraq göstərmirlər. Az-çox tələbələrin beyinləri elmlə məşğuldur. Halbuki, dərsləri mənimsəmədikləri müddətcə,  aldıqları diplomun faydası yoxdur. Çalışıram ki, interaktiv tələbələrə dərsi özləri üçün oxuduqlarını başa salım.

Tələbələr diplom üçün oxumasınlar. Azərbaycan sənayesinə iş bacaran mühəndis lazımdır, diplomlu mühəndis yox. Stiv Cobsun universitet diplomu olsa da, Bill Qeytsin yox idi. Amma Bill iş bacaran biri olub. Bu proses ikitərəflidir. Universitet gərək infrastrukturu elə hazırlasın ki, tələbə həvəslə ora  gəlsin. Tələbələrə həmişə deyirəm, siz qapını açıb içəri girəndə və dərsdən çıxanda özünüzə “Bu gün İQ səviyyəm çoxaldımı” sualını verin. Çoxalmırsa, iki günahkar var: müəllim və tələbələr. Bu, çox sadə prosesdir”.

Qeyd edək ki, professor Reza Talebi-Daryani ilə müsahibə geniş formada  tezliklə AzEdu.az-da yayımlanacaq.