Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-12 09:26:00
Alimlərinə məqalə çapına görə 4000 manat qonorar verən universitetimiz təəccübləndirici rəqəmləri açıqladı

Bəzi Azərnbaycan Universitetləri alimlərinin tanınmış jurnallarda elmi məqalələri çap olunduğu təqdirdə onlara xüsusi qonorar təqdim edir. Yüksək məbləğdə mükafat verən universitetlərdən biri olan UNEC impaktfaktorlu jurnallarda dərc olunan məqaləyə görə, 2 mindən 4 minə qədər qonorar nəzərdə tutur. 

AzEdu.az elmi məqalələrə görə UNEC-də təqdim olunan qonorarları diqqətə çatdırır.

İşyeri kimi UNEC-i göstərən bütün UNEC əməkdaşlarına şamil olunur. Bu zaman əməkdaş UNEC-də tam ştat işləyirsə, əsərində də işyeri kimi UNEC-i birinci göstərməsi zəruridir.

Mükafatlandırma forması

“Clarivate Analytics” şirkətinin “Web of Science” platformasındakı A&HCI, SSCI və SCI-EXPANDED istinad indekslərinə daxil olan jurnallarda məqaləsi nəşr edilən UNEC əməkdaşları hər bir məqalə üçün aşağıdakı cədvələ uyğun olaraq birdəfəlik mükafatlandırılır:

“Web of Science” jurnal kateqoriyası

Mükafat

 

 

Q1

4000 AZN

Q2

3000 AZN

Q3

2000 AZN

Q4

1000 AZN

“Web of Science” platformasındakı “CPCI-S” və “CPCI-SSH” istinad indekslərinə daxil olan elmi konfransların elmi məruzə kitablarında tam mətn elmi məruzəsi nəşr edilmiş UNEC əməkdaşları isə hər elmi məruzə üçün 500 AZN məbləğində birdəfəlik mükafatlandırılırlar.

“Elsevier” şirkətinin “SCOPUS” platformasına daxil olan elmi jurnallarda məqaləsi nəşr edilən UNEC əməkdaşları hər bir məqalə üçün aşağıdakı cədvələ uyğun olaraq birdəfəlik mükafatlandırılır:

“Scopus”jurnal kateqoriyası

Mükafat

Q1

2000 AZN

Q2

1500 AZN

Q3

1000 AZN

Q4

500 AZN

 “SCOPUS” platformasına daxil olan elmi konfransların elmi məruzə kitablarında tam mətn elmi məruzəsi nəşr edilən UNEC əməkdaşları isə hər elmi məruzə üçün 250 AZN məbləğində birdəfəlik mükafatlandırılırlar.

UNEC əməkdaşlarına yuxarıda nəzərdə tutulan mükafatlar, birmüəllifli əsərlərdə tam məbləğdə, çoxmüəllifli əsərlərdə isə tam məbləğin müəlliflərin sayına bölünməsi yolu ilə əldə edilən məbləğdə ödənilir.

Mükafatın verilməsinin qayda və prosedurları

Bu Qaydalarda nəzərdə tutulan nüfuzlu elmi nəşrlərdə əsəri çap edilən UNEC əməkdaşı mükafat üçün ilk növbədə UNEC Rektoruna ərizə ilə müraciət edir. Əməkdaş ərizəsində əsərinin çap edildiyi nəşrin adını və təsir faktorunu, əsərinin adını və əgər varsa, həmmüəllifləri qeyd edir. Bu zaman ərizəyə aşağıdakı məlumatların əlavə edilməsi mütləqdir:

Nəşrin rəsmi saytından məqalənin çap edilməsini təsdiq edən müvafiq internet səhfəsinin linki və surəti;

Əsərin “Web of Science” vəya“SCOPUS” platformasında yerləşməsini təsdiq edən müvafiq internet səhfəsinin linki və surəti.

Rektor ərizəni, orada qeyd edilən məlumatların yoxlanılması məqsədilə UNEC-də fəaliyyət göstərən “Professor-müəllim Heyətinin Xidməti Fəaliyyətinin Qiymətləndirilməsi üzrə Daimi Komissiya”ya göndərir. Komissiya ərizədə qeyd edilən məlumatları yoxladıqdan sonar Rektora müvafiq qaydada təqdimat yazır. Rektor, bu təqdimata uyğun olaraq, əməkdaşın mükafatlandırıması haqqında müvafiq əmr imzalayır.

Əməkdaşın əsərinin çap edildiyi elmi nəşr həm “Web of Science”, həm də “SCOPUS” platformasına daxil olarsa, mükafatlandırma yalnız bunlardan birinə görə tətbiq edilir və bununla bağlı seçim hüququ əməkdaşa verilir. Əməkdaş bununla bağlı seçimini Rektora yazdığı ərizədə mütləq göstərməlidir.

 Qaydalar UNEC Elmi Şurasının müvafiq qərarı ilə təsdiq edildikdən sonar qüvvəyə minir.

Qaydalara dəyişiklik və əlavələr UNEC Elmi Şurasının müvafiq qərarı ilə həyata keçirilir.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları