Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-12 09:00:00
Mütəxəssislər xəbərdarlıq etdi-“Bu dövrdə verdiyiniz cəza əks nəticələrə səbəb ola bilər”

Psixoloq və təhsil mütəxəssislərin fikrinə görə,  yeniyetmə şagirdlərə müxtəlif cəzalar tətbiq etməklə hansısa hədəfə nail olmaq mümkün deyil.

Yeni dərs ili başlandığı gündən  hər valideyn övladının ili yüksək qiymətlərlə yekunlaşdırmasını arzulayır. Şagirdin dərs potensialı aşağı düşdükdə isə valideyn nəsihəti işə yaramır.  Əksər valideynlər bu vəziyyətdən cəza vermək, təzyiq göstərməklə qurtulmaq istəyirlər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yeniyetmələrə verilən cəzalarla bu hədəfə nail olmağın mümkünsüzlüyünü bildirirlər.

Yeniyetməlik dövründə bütün şagirdlərin dərs potensialının aşağı düşdüyünü deyən Almaniya Gənclərə Yardım Təşkilatının əməkdaşı Albrecht Schnievend  uşaqlara adətən çölə çıxma, mobil telefon gəzdirmə kimi qadağaların qoyulduğunu, amma bunun heç bir nəticə vermədiyini vurğulayıb.

Məktəbdə psixoloji xidmət sektorunda çalışan Theresia Viek isə verilən cəzaların yeniyetmələrdə əksinə, tərslik yaratdığını qeyd edib. Onun sözlərinə görə, uşaq yaşlarından şagirdlər valideynlərindən uzaq qalmağa, özlərini tanımağa çalışırlar. Onlar bunu valideynlərin özünü təsdiq etmək, gücünü göstərmək istəyi kimi anlayırlar.

Əksər valideynlər isə heç bir iradı qəbul etməyən şagirdin məktəb həyatında nə qədər uğurlu ola biləcəyini düşünür:

“Bu cəzalardan ən yaxşısı şagirdlərdə məsuliyət yaratmaq, onlarla ortaq hədəflər müəyyənləşdirmək, bu məqsədlə hansı addımın atılacağını müəyyən etməkdir. Önəmli olan valideynlərin kiçik uğuru belə dəyərləndirməsi və övladına tutarlı mesaj verməsidir”.

Psixoloq qeyd edib ki, pis qiymətlər aldıqda ortaya çıxan kin valideyn sevgisini üstələməməlidir. Bu pis nəticələrə baxmayaraq, şagirdi irəlidə onu xeyli uğurların gözlədiyinə inandırmaq lazımdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları