Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 23:23:00
Məktəblilərin həyatı təhlükədə

Bakıda daha bir sürücü avtobusu qapısı açıq şəkildə idarə edib və bu zaman bir neçə məktəbli qapıdan sallanıb. Sürücü isə sanki belə də olmalı imiş kimi yoluna davam edib. Görüntülər dünən paytaxtda ''Albalılıq'' qəsəbəsi kimi tanınan ərazidə çəkilib. AzEdu.az-ın məlumatına görə, "Xəzər Xəbər”in votsap nömrəsinə göndərilən kadrlardan aydın görünür ki, sərnişinlər çox olduğundan avtobus anında dolur. 107 saylı avtobus metronun koroğlu stansiyasından Buzovna qəsəbəsinə qədər hərəkət edir.

Həmin avtobusdan mütəmadi istifadə edənlər deyirlər ki, bir çox hallarda avtobuslar dayanacaqlara sərnişinlə dolu şəkildə girir. Bu isə onların işə və ya məktəbə gecikməsinə səbəb olur. Sərnişinlər xəttəki avtobusların sayının artırılmasını istəyirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən faktla bağlı daşıyıcı şirkət rəsmisi agentliyə çağırılıb. Yazılı izahat alınıb və məsələ ilə bağlı tədbir görülməsi tapşırılıb.

Daşıyıcı şirkətdən isə bildirildi ki, şirkət sürücülərə mütəmadi olaraq avtobusları qapısı bağlı şəkildə idarə etməyi tapşırır. Bu tələbi pozan sürücülərə qarşı sərt addımlar atır. Artıq avtobusu qapısı açıq şəkildə idarə edən sürücü də işdən kənarlaşdırılıb. O ki, qaldı xəttəki avtobusların azlığına, daşıyıcı şirkətdən bildirildi ki, həmin xətdə bu yaxınlara qədər 15 avtobus fəaliyyət göstərib. Sərnişinlərin sıxlığı nəzərə alınaraq ötən həftə avtobusların sayı 20-yə qaldırılıb.