Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 17:16:39
Tvinninq Layihəsi çərçivəsində seminar keçirilib

“Azərbaycanın dövlət qulluğunda islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, seminarda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sistemi üzrə pilot layihənin nəticələri və fəaliyyətin qiymətləndirilməsi sahəsində mövcud informasiya bazasının təkmilləşdirilməsi və s. məsələlər müzakirə edilib.

2018-ci il 11 oktyabr tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən  “Azərbaycanın dövlət qulluğunda islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi (AZ/15/ENP/OT/40) çərçivəsində Dövlət İmtahan Mərkəzində seminar keçirilib. 

Seminarın keçirilməsində əsas məqsəd pilot layihənin nəticələrini media vasitəsilə ictimaiyyətə təqdim etmək, eyni zamanda bu nəticələrin dövlət qulluqçuları arasında fikir mübadiləsi aparmaqla təbliğ olunmasıdır. 

Litvalı ekspertlər tərəfindən keçirilən seminarda 20-yə yaxın dövlət qurumunun insan resurslarının idarə olunması şöbələrinin rəhbər vəzifəli şəxləri iştirak edib. İki hissədən ibarət olan seminarın birinci hissəsində əsasən, Azərbaycanda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin gələcək inkişafı barədə təkliflər nəzərdən keçirilib və pilot qurumların irəli sürdüyü təkliflərin nəticələri müzakirə olunub. 

İkinci hissədə isə daha çox Azərbaycanda dövlət qulluğu sahəsində mövcud olan proqram təminatının və informasiya bazasının vəziyyəti və təkmilləşdirilməsi üzrə təkliflər dinlənilib. 

Seminarda, həmçinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üzrə proqram təminatını təkmilləşdirmək məqsədilə vahid “İnsan resurslarının idarə olunması - məlumat sistemi”nin yaradılması təklifi də müzkirə olunub.