Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 16:30:00
12 ölkəni birləşdirən  “Education 2018”-XII Azərbaycan beynəlxalq təhsil sərgisindən FOTOLAR

Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində “Education 2018”-XII Azərbaycan beynəlxalq təhsil sərgisi keçirilir.

AzEdu.az xəbər verir ki, dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə Azərbaycanın 14 ali təhsil müəssisəsi iştirak edir. İştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilir .Sərgi oktyabrın 13-dək davam edəcək.

Üç gün davam edəcək sərgi barədə ətraflı məlumatı və elektron dəvətnaməni eduexpo.az saytından əldə etmək mümkündür.