Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 13:23:00
Dövlət Komitəsi məktəblinin intiharı ilə bağlı araşdırma aparacaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda valideynlərinin hansısa dini təriqətin təsiri altında olduğu deyilən şagirdin özünü məktəb binasının 3-cü mərtəbəsindən atması ilə bağlı araşdırma aparacaq.

AzEdu.az-ın məlumatına görə, bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, bu barədə komitədə hələ rəsmi məlumat yoxdur: "Amma Dövlət Komitəsi tərəfindən bu məsələ araşdırılacaq".
 
Qeyd edək ki, Bakıda 302 nömrəli məktəbin 3-cü sinif şagirdi oktyabrın 10-u saat 08:48 radələrində, tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Məktəbdən verilən məlumata görə, şagirdin valideynləri dini təriqətin təsiri altındadırlar.