Dövlət İmtahan Mərkəzi (DİM) “Pearson VUE” təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən “PTE Academic”, həmçinin müxtəlif sahələrə aid (İT, Maliyyə, Mühasibat, Menecment, Tibb və s.) 100-ə yaxın imtahanı keçirmək hüququnu əldə edib.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Qeyd edək ki, “Pearson VUE” təhlükəsiz şəraitdə onlayn imtahanlar keçirən və test sahəsində fəaliyyət göstərən şirkətlər arasında lider hesab olunur. “Pearson VUE” hər il 14 milyondan çox insanın imtahan verdiyi, Microsoft, CFA, CİMA, HP, Cisco, və s. şirkətlərin tərəfdaşı olduğu test mərkəzidir.
Dövlət İmtahan Mərkəzində “PTE Academic” ingilis dili imtahanları həftənin I,III,V günləri saat 10:00–13:00-da, müxtəlif sahələr (İT, Maliyyə, Mühasibat, Menecment, Tibb və s.) üzrə keçirilən digər imtahanlar isə həftənin I və V günləri 10:00-13:00-da, III günü isə 10:00-13:00-da keçirilir.
kitabı