Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 13:17:00
 Orta  məktəbdən  qovulan dahilər, təhsillərini yarımçıq qoyan məşhurlar – MARAQLI

Deyirlər bütün sahələrdəki nailiyyətlərin  bünövrəsi  uğurlu təhsillə qoyulur.  Amma tarixdə iz buraxan elə məşhurlar var ki, onlar heç orta məktəbi də bitirməyib:

AzEdu.az orta məktəbdən  qovulan və  dərslərindən  ən zəif qiymətlər alan, buna baxmayaraq, ömürlərinin sonrakı mərhələlərində uğur qazanan  məşhurların  bir qismini təqdim edir:

Amerikalı biznesmen, ixtiraçı, Eastman Kodak şirkətinin qurucusu olan Corc İstmen ABŞ-ın Uotervill şəhərciyində varlı olmayan biznesmen ailəsində anadan olub. O, yeddi yaşında ikən atası vəfat edib. İstmen  bir neçə sinif oxuduqdan sonra məktəbi ataraq, sığorta şirkətinə, həftəlik 3 dollar əmək haqqı   ilə işə düzəlir. Uğurları da elə bundan sonra başlayır.

Amerikalı yazıçı olan Ernest Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrlə yanaşı, həm də macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır. Qısa və dolğun yazı üslubu ilə XX əsr Amerika və Britaniya ədəbiyyatına ciddi təsir göstərib. O da orta məktəbi bitirməyən məşhurlar sırasındadır.

Görkəmli rus yazıçısı olan Antоn Pavloviç Çeхоv klassik rus ədəbiyyatının ən yaхşı nümunələrini yaradıb. O ixtisasca həkim olsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb.  Əsərləri ilə insanların qəlbini fəth edən Çexov gimnaziyada oxuyarkən iki dəfə sinifdə qalıb. O, beşinci sinifdə yunan dilindən iki aldığı üçün  sinifdə qalıb. 

Rus şairi, dramuturqu olan Vladimir Vladimiroviç Mayakovski Gürcüstanın Kutaisi şəhərində anadan olub. O,5-ci sinfə qədər məktəbdə ən çalışqan  hətta məktəbin ən  yaxşı şagirdi olur. Mayakovski 5-ci sinifdən sonra məktəbi atıb.

İrland əsilli tanınmış Böyük Britaniya yazıçısı Corc Bernard Şou  Dublində   doğulub. O,  janr və forma baxımından seçilən 60-dan çox pyesin müəllifidir. O da orta məktəbi bitirməyən məşhurlar sırasındadır. 

Kanadalı aktyor və komediya ustası olan Cim Kerrinin ailəsi çox kasıb olub. O,  uşaqlıqdan əmək fəaliyyəti ilə məşğul olduğundan dərsə davamsız getməsinə səbəb olurdu. Bu davamsızlıq onun məktəbdən qovulmasına səbəb olur.  Lakin  buna bamayaraq  Cim komediya klubları səhnələrində çıxış edir.  

Günel Yaşarqızı