Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 11:35:00
Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılacaq 

Rusiyanın daha 3 universitetinin Azərbaycanda filialı açılacaq.

AzEdu.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Diplomat qeyd edib ki, bu filiallar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin olacaq.
 
Hazırda Azərbaycanda Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.