Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 15:36:00
Bu universitetimiz bir elmi məqaləyə görə 2-4 min manat arası qonarar verir? – İnanılmaz fakt

Elmi məqalələrin müxtəlif impakt faktorlu jurnallarda dərci üçün bəzən pul tələb olunur. Bəzi ölkələrdə isə belə məqalələr üçün həmin şəxsə həvəsləndirici qonorarlar verilir . 

Azərbaycanda da bəzi universitetlərdə belə qonorarlar verilir.

“Elmi məqalələr üçün qonorarların nəzərdə tutulması yaxşı olardı”, deyə E.Süleymanov  deyib. Onun sözlərin görə, bəzi universitetlər artıq buna başlayıb:

Elçin Süleymanov Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektorudur. O, AzEdu.az-a açıqlamasında məqalələrin beynəlxalq elmi jurnallarda çapı ilə bağlı maraqlı  fakta toxunub.

“UNEC impaktfaktorlu jurnallarda dərc olunan məqaləyə görə, 2 mindən 4 minə qədər qonorar nəzərdə tutur. İqtisad Universitetini alqışlayıram, amma ümumi baxdığımız zaman cəmi bir- iki məqalə çıxdı. 4000 manat yüksək qonorardır, ixtisas  sahəsində impaktfaktorlu nəşr isə çox çətindir. Hər kəs arzu edər ki, yazısı dərc olunsun, qonorar qazansın. Bəzən düşünürlər ki, qonorar qoyacaqlar çox böyük siyahı çıxacaq, büdcə çatmayacaq. O sistemdə 6-7 məqaləm çıxıb, deyə bilirəm ki, bir məqalənin çıxması üçün bəzən 1-2 il vaxt tələb olunur. Daha əvvəl Qafqaz Universitetində də bu nəzərdə tutulurdu və çox effektli oldu.  AMEA və Bakı Dövlət Universitetində məbləğ böyük olmasa da, bildiyim qədəri ilə belə bir mükafatlandırma var.

Türkiyədə TÜBİDAK-ın belə  bir sistemi 5-6 il əvvəl başladı. Türkiyə büdcəsinə baxdığımız zaman  çox böyük rəqəm deyil. Amma burada jurnaların kateqoriyasına görə seçim aparılır və hansı universitetdə olmasından asılı olmayaraq müəllifə qonorar verirlər. Qonararın məbləği minumum 500, maksimum 10 min türk lirəsidir. Onların siyahısı hər il yenilənir. Burada yalnız impaktfaktorlu deyil, bütün ciddi jurnallar nəzərdə tutulur və ümumilikdə sayı 40 mindir. Hər il iki dəfə qəbul aparılır, yoxlanılır və pul ödənilir. Bunun effektini Türkiyə qısa müddətdə gördü. Buna qədər Türkiyə elm adamlarının nəşrləri 30-cu yerdə idi, bundan sonra ilk 20- likdə, bəzən isə 15-16- cı yerlərdə qərarlaşır. İmpaktfaktorlu nəşrlərə görə Azərbaycan 90-cı yerdədir.Bəzənqoşularımızdan belə geridə qalırıq. Məsələn, Gürcüstan bizdən irəlidədir, Ermənistan isə bəzən keçir, bəzən solumuzda qalır. Bunu Elm Fondu, Təhsil Nazirliyi, AMEA edə bilər. Bunu da  bir çox inişaf etmiş ölkə ödəyir. Çində 10 min dollara qədər, Amerika və Avropada 2 minə qədər qonorar verirlər. Onlar ehtiyac olmadığı təqdirdə bunu verirlərsə, bizim ölkə olaraq buna çox-çox ehtiyacımız var”.