Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 15:17:00
Xəzəryanı ölkələrin məktəbliləri arasında mədəni-idman festivalı keçirilib  

Türkmənistan Respublikasının Avaza Milli Turizm ərazisində Xəzəryanı ölkələrin məktəbliləri arasında II mədəni-idman festivalı  keçirilib.

AzEdu.az xəbər verir ki, festivalda ölkəmiz "Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 34 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.

Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya məktəblilərinin iştirak etdiyi festivalda ölkəmizi təmsil edən məktəblilər mini-futbol, basketbol, voleybol, şahmat və stolüstü tennis idman növləri üzrə yarışlarda mübarizə aparıblar. Yarışların nəticəsinə görə, Azərbaycan komandaları stolüstü tennis idman növündə I, şahmat (oğlan və qızlar) və basketbol üzrə II, voleybol üzrə (qızlar) III, mini-futbol üzrə IV yerə layiq görülüb. Həmçinin komandalar şəxsi yarışlarda stolüstü tennis idman növündə bir qızıl, iki gümüş, şahmatda isə bir  bürünc medal qazanıb.

İştirakçı ölkələr arasında Azərbaycan məktəbliləri qazanılmış medalların ümumi  sayına görə 2-ci yeri tutub.

Nümayəndə heyətinin üzvləri festivalda bədii proqramla çıxış edərək milli rəqslər nümayiş etdiriblər.