Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 12:46:00
Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

 

“Şagirdlər kurikulum əsasında təhsil alıblar. İmtahanlar da bu sistemin tələblərinə cavab verməlidir. Tələblərdən biri də budur ki, xarici il üzrə dinləmə bacarıqları yoxlanılsın”.

AzEdu.az xəbər verir ki, bu sözləri İctima Tv-ə açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar  Xanlarzədə deyib. Onun sözlərinə görə, ənənəvi imtahan sistemi ilə yeni tətbiq olunacaq buraxılış imtahanı arasındakı əsas fərq fənlərin siyahısına ingilis dilinin əlavə olunmasıyla bağlıdır:

“Bu fəndən şagirdə 15 saul təqdim olunacaq. 6 sual dinləmə mətni əsasında tərtib olunacaq. Şagird müəyyən mətni dinlədikdən sonra tapşırıqları cavablandıracaq. Şagirdlər kurikulum əsasında təhsil alıblar. İmtahanlar da bu sistemin tələblərlərinə cavab verməlidir. Tələblərdən biri də budur ki, xarici il üzrə dinləmə bacarıqları yoxlanılsın.

İmtahanlarda açıq tipli tapşırıqlardan istifafə olunacaq. Açıq tipli tapşırıqda şagird suala özü cavab verəcək”.

Xanlar Xanlarzədə qruplar üzrə əsas fənləri də sadalayıb:

“I ixtisas qrupunda əsas fənlər Fizika və  Riyaziyyatdır. Hər iki fənn üzrə maksimal bal 300-dür. II ixtisas qrupunda Riyaziyyat və Coğrafiya, III ixtisas qrupunda Azərbaycan dili və Tarix, IV ixtisas qrupunda isə Kimya və Biologiya əsas fənlər hesab olunur. V ixtisas qrupuna hazırlaşan abituriyentlərin qəbul imtahanı verməsinə ehtiyac yoxdur. Onlar buraxılış imtahanının nəticələri əsasında qabiliyyət imtahanında iştirak etməklə ali məktəbə qəbul oluna bilərlər”

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Yeni modelə uyğun sınaq imtahanı keçirilsə də, imtahanın  nəticələrini o qədər də qənaətbəxş hesab etmək olmaz. Bu sistem özündən öncəki qəbul modelindən tamamilə fərqləndiyindən mütəxəsislər tərəfindən abituriyentlərin gələn ilki  qəbul imtahanlarında aşağı nəticə göstərəcəkləri proqnozlaşdırılıb.

AzEdu.az xəbər verir ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları