Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 12:09:19
DİM rəsmisi yeni qəbul qaydalarının  üstün tərəflərini sadaladı - DETALLAR

“Şagird əvvəl buraxılış və qəbul imtahanı da daxil olmaqla,  8  fəndən imtahan verirdisə, yeni qaydalara əsasən, artıq  6 fəndən sınağa çəkiləcək. Bu həm də daha keyfiyyətli qiymətləndirilmə  aparılmasına şərait yaradacaq”

AzEdu.az xəbər verir ki, bu sözləri İctima Tv-ə açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Murad  Əliyev deyib. Onun sözlərinə görə, ənənəvi qaydalarda buraxılış imtahanının nəticələri qəbulda nəzərə alınmırdı:

“Bu ildən buraxılış imtahanlarının nəticələri maksimum 300 balla qiymətləndiriləcək və qəbul imtahanındakı fənlərin sayının azaldılmasına gətirib çıxaracaq. Şagird əvvəl buraxılış və qəbul imtahanı da daxil olmaqla 8 fəndən imtahan verirdisə, yeni qaydalara əsasən, artıq  6 fəndən sınağa çəkiləcək. Bu həm də daha keyfiyyətli qiymətləndirilmə aparılmasına şərait yaradacaq. İmtahan müddətində fənn sayı  nə qədər az olsa, daha keyfiyyətli qiymətləndirmə aparmaq mümkün olur”.

Xatırladaq ki, gələn il yalnız qəbul imtahanlarında sualların modeli dəyişməyəcək. Belə ki 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları