Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 09:31:00
Rezidenturaya qəbul olmuş şəxslərin nəzərinə!  

2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul olan və Səhiyyə Nazirliyində qeydiyyatdan keçən şəxslərin klinik bazalarda rezidentura səviyyəsində hazırlığına 10 oktyabr 2018-ci il tarixindən başlanılır.

Səhiyyə Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, rezidenturaya qəbul olmuş və qeydiyyatdan keçmiş şəxslər aşağıdakı sənədləri təqdim etməklə qəbul olduqları klinik bazalara müraciət etməlidirlər:

• Şəxsiyyət vəsiqəsinin əsli və surəti

• Ali baza tibb təhsili haqqında diplomun əsli və surəti

• Tərcümeyi-hal

• Sağlamlıq haqqında arayış

 • Hərbi bilet (mövcud olduğu halda)

• Əmək kitabçası (mövcud olduğu halda)

• Dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda)

• Soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd

• Fotoşəkil 3 x 4 ölçüdə, 1 ədəd