Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-18 10:53:55
Bu gün dizel mühərrikini ixtira edən alim - Rudolf Dizelin doğum günüdür

Rudolf Dizel 1858-ci ildə anadan olub. O, 1873-cü ildə real məktəbi və 1875-ci ildə Auqsburq politexnik məktəbini bitirir. Sonra o Münhen ali texniki məktəbinə dəvət olunur. Dizel buranı ali məktəbin tarixində ilk dəfə olaraq ən yaxşı qiymətlərlə başa vurur.

27 fevral 1892-ci ildə Dizel "yeni rasional istilik mühərriki" üçün patent ərizəsi verir. 23 fevral 1893-cü ildə "Yüksək istiliyi işə çevirmək üçün üsul və avadanlıq" adı altında onun patenti imperatorluğun patent şöbəsində qeydə alınır. Onun modifikasiya olunmuş Karno tsikli üzrə ikinci patenti 29 noyabr 1893-cü ildə qeydiyyatdan keçir.

1893-cü ildən başlayaraq Auqsburq maşınqayırma zavodunda Fridrix Krupp və Zultser (Sulzer Brothers Ltd) qardaşlarının maliyyə köməyi ilə yeni mühərrikin yaradılması üzərində işlər görülür. İlk işləyən mühərrik Dizel tərəfindən 1897-cü ildə yaradılıb. Bu mühərrikin gücü dəqiqədə 172 dövr etdikdə 20 a.q.-nə bərabər idi. F.İ.Ə. isə 26,2% təşkil edirdi. Bu mühərrik həmin dövrdə mövcud olan Otto mühərrikini (f.i.ə. 20%) və gəmi buxar mühərriklərini (f.i.ə. 20%) öz parametri ilə ötüb keçirdi ki, bu da sənayeçilərin böyük marağına səbəb olur. Onun mühərriki qısa zamanda öz tətbiqini tapır. Ancaq öz vətənində Dizel kifayət qədər ad qazana bilmir. Bu da onu narahat edirdi.

Dizel 1898-ci il yanvarın 1-də yaratdığı mühərriklərin istehsalı ilə məşğul olan öz şəxsi firmasını yaradır. Bu məqsədlə 1900-cü ildə Londonda şirkət qeydiyyatdan keçirilir. Dizel mühərriki ilə işləyən ilk gəmi 1903-cü ildə hazırlanır. 1908-ci ildə ilk yük avtomobili və lokomotiv bu mühərriklə təchiz olunur. 1936-cı ildə ilk minik avtomobili (Меrsedes Bens-260D) dizel mühərriki ilə istehsal olunur.

Uzun sürən patent çəkişmələri Dizelin sağlamlığına mənfi təsir göstərir. Bundan əlavə onun işlərinin maliyyə vəziyyəti yaxşı deyildi. 1913-cü ildə baş verən maliyyə böhranı onun tamamlilə müflisləşməsinə gətirib çıxardı.

19 sentyabr 1913-cü ildə Rudolf Dizel "drezden" paromunun tərkibində Antverpenaya yola düşür. O Londonda onun layihəsi əsasında mühərrik hazırlayan bir şirkətin açılışında iştirak etməyə gedirdi. Deyilənlərə görə, yaxşı əhval-ruhiyyəyə malik olan Dizel axşam öz kayutasına girdikdən sonra heç kim onu bir daha görməyib. Bir neçə həftə sonra alman balıqçıları tərəfindən tanınmaq üçün yaxşı geyinmiş bir cəsədən çıxarılmış iki üzük gətirilir. Dəniz adətinə görə onun cəsədi dənizə buraxılır. Dizelin oğlu atasının üzüklərini tanıyır. Buna baxmayaraq Dizelin ölümü müəmmalı qalır.

Nəzrin Rüstəmova