Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-08 22:58:00
Almaniyada doktorantura təhsili imkanı

Almaniyanın “Hertie” İdarəçilik Məktəbinin doktorantura səviyyəsində 2019-2020-ci tədris ili üzrə təhsil təqaüd proqramı elan edilib. Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, təhsil 3 il müddətinə idarəçilik ixtisası üzrə aparılır. Tədris dili ingilis dilidir. Proqramda iştirak üçün iqtisadiyyat, hüquq, siyasi elm, sosiologiya, dövlət idarəçiliyi, menecment ixtisasları üzrə magistratura dərəcəsinə malik olmaq tələb edilir.

 

Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifələr üzrə elektron qaydada həyata keçirilir.