Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-08 17:59:00
Məktəblərdəki  “yalançı” dərs –  “Şagirdlər buraxılış imtahanlarında İngilis dilindən xeyli əziyyət çəkəcəklər, səbəbi...”

“Məktəblərin əksəriyyətində “listening”  -dinləmə - dərsləri keçirilməyib. Təbii olaraq, uşaqlar bu imtahana hazır deyillər”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı İngilis dili müəllimi Turan Hüseynov deyib. Onun sözlərinə görə, yeniliyin həm müsbət, həm də mənfi tərəfləri var:

“Məktəblərdə 11 illik təhsil ərzində ibtidai siniflərdən başlayaraq İngilis dili fənni tədris olunur. Bu müddətdə şagirdin ingilis dili bilgiləri kifayət qədər olmalıdır. Bunları nəzərə alsaq, şagirdlər dinləmə mətni ilə yoxlanılmalıdırlar. Reallıqda isə bugünkü şagird bu imtahana hazır deyil. Bir neçə il öncədən yenilik elan olunmalı və məktəblərdə bu formata hazırlıq getməli idi. Məktəblərin əksəriyyətində “listening”dərsləri keçirilməyib. Təbii olaraq,  uşaqlar bu imtahana hazır deyillər”.

Turan Hüseynov hesab edir ki, nəzəri biliklərin çox olması bu imtahanda uğur qazanmaq üçün kifayət etməyəcək:

“İngiliscə  əcnəbi dildir, nəzəri biliklər nə qədər çox olsa da, danışıq dili həmişə fəqlənir. İmtahanın müsbət tərəfi odur ki, uşaqlarla yanaşı, müəllimlər də özlərini inkişaf etdirəcəklər. Mənfi tərəfi isə yeniliyin bu ildən başlamasıdır. Bir neçə il əvvəldən imtahana hazırlıq işləri görülməlidir. “Listening”lə bağlı kabinetlər, maddi-texniki imkanlar yaradılmalı idi. Düşünürəm ki, şagirdlər bu il çətinliklə üzləşəcəklər.

Yenilik tətbiq edildikdən sonra proqramlaşdırma yenidən aparılmalıdır. Məktəblərdə dərs 45 dəqiqədir. 45 dəqiqə isə 15 nəfər üçün azdır”

Xatırladaq ki, buraxılış imtahahanlarına ingilis dili fənni üzrə dinləmə mətninin əlavə olunması müəllimlər və şagirdlərin narazılığına səbəb olub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları