Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-08 15:52:00
“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim keçirildi

2018-ci il 8 oktyabr tarixdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil olunub.

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, təlimdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak edib.

Təlimdə iştirakçılara müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilmiş, müsahibə prosesi zamanı baş verməsi mümkün olan bəzi fövqəladə hallar zamanı hansı addımların atılmasının məqsədyönlü olacağı məsələləri müzakirə olunub. Həmçinin, təlim iştirakçılarına dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi, habelə müsahibə nəticəsindən apelyasiya şikayətlərinə baxılması qaydası barədə təqdimat olub. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.