Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-08 13:49:00
Ukraynada 12 min azərbaycanlı tələbə təhsil alır  

Ukraynada təhsil alan Azərbaycan vətəndaşlarının sayı artan temp üzrə davam edir.

AzEdu.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Ukrayna Təhsil və Elm Nazirliyindən məlumat verilib.

Məlumata görə, hazırda Ukrayna ali təhsil ocaqlarında 12 min Azərbaycan vətəndaşı təhsil alır. Azərbaycanlılar ən çox Kiyev və Xarkov şəhərlərində təhsil alırlar.

Bildirilib ki, son 5 ildə Ukraynada təhsil alan azərbaycanlıların sayı təxminən 3 min nəfər artıb.