Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-08 13:04:00
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi beynəlxalq tədbirdə iştirak edib  

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) "İqtisadiyyat" ixtisası üzrə təhsil alan III kurs tələbəsi İsa Allahverdiyev "Erasmus +" proqramı çərçivəsində Moldovanın Vadul Lui Voda şəhərində keçirilən konfransda iştirak edib.

DGKA-nın mətbuat xidmətindən AzEdu.az-a bildiriblər ki, səfər zamanı İsa Allahverdiyev proqram üzrə təlimlər və müxtəlif tədbirlərdə iştirak edib, "Erasmus+"un təşviqi, gönüllülük, Avropanı anlama, layihə dizaynı, qeyri-formal təhsil, aktiv vətəndaşlıq (bu əsasən gənclərin sosial aktivliyini nəzərdə tutur) və digər mövzular üzrə mühazirələri dinləyib. Proqram çərçivəsində İsa Allahverdiyev qruplar üzrə müxtəlif təlimlərə qatılıb, təlimlərdən sonra qrup işi və layihələrin təqdimatında iştirak edib.

İsa Allahverdiyev proqram çərçivəsində nəzərdə tutulan "Mədəniyyət gecəsi"ndə ölkəmizi təmsil edərək Azərbaycan haqqında tədbir iştirakçılarına məlumat verib, xalqımızın zəngin mədəniyyəti, incəsənəti, qədim tarixi barədə danışıb.